Rusiya Milli qvardiyasının zabitləri öldürülüb | VİDEO

Rusiya Milli qvardiyasının zabitləri öldürülüb    | VİDEO
  30 Sentyabr 2025    Oxunub:728
Rusiyanın Stavropol diyarında Rusiya Milli qvardiyasının polkovnik-leytenantı və daha iki hərbçisi məhv edilib.
AzVision.az xəbər verir ki, sentyabrın 30-da Ukrayna Müdafiə nazirliyinin Baş Kəşfiyyat İdarəsi (BKİ) belə məlumat yayıb.

“Ukrayna Müdafiə nazirliyinin Baş Kəşfiyyat İdarəsinin uğurlu əməliyyatı nəticəsində Stavropol diyarının Tambukan kəndi yaxınlığında üç “Rosqvardiya” zabiti məhv edilib”, - xəbərdə deyilir.

Rosqvardiyanın polkovnik-leytenantının “Avanqard” xüsusi təyinatlı dəstəsinin bir qrupuna rəhbərlik etdiyi bildirilir.

Xüsusi təyinatlı 17-ci “Avanqard” dəstəsi Rusiya Milli Qvardiyasının tərkibində 1998-ci ildə “Edelveys” bölmələri əsasında yaradılmış və Mineralnıye Vodı (Novoterski) yaxınlığında yerləşən qurumdur.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Rusiya   zabitlər   ölüm  



Xəbər lenti